Rayan Babel "Qalatasaray"dan ayrıldı
Transfer

Rayan Babel "Qalatasaray"dan ayrıldı

  • 2022-05-23

"Qalatasaray"ın futbolçusu Rayan Babel komandadan ayrılıb.

Niderlandlı hücumçu öz yutub kanalında paylaşdığı videoda İstanbul klubu ilə vidalaşıb.

Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından "Qalatasaray"da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.