Levandovskinin yerinə Riçarlison
Transfer

Levandovskinin yerinə Riçarlison

  • 2022-05-21

"Bavariya" futbolçusu Robert Levandovskini əvəzləmək üçün yeni hücumçu alacaq.

33 yaşlı polşalı forvard yay transfer pəncərəsində Münhen təmsilçisini tərk edəcək. "Bavariya" rəhbərliyi müqaviləsinin bitməsinə daha 1 il qalmış hücumçunu buraxmaq istəmir, lakin onun yerinə mümkün variantları da araşdırır.

"Bavariya" "Everton"un forvardı Riçarlisonla danışıqlar aparır. Klub artıq braziliyalının meneceri ilə razılaşıb. 25 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Onun Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Qeyd edək ki, Riçarlison bu mövsüm Premyer Liqada 30 oyunda 10 qol vurub.