"Borussiya" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi
Transfer

"Borussiya" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi

  • 2022-05-21

Dortmund "Borussiya"sı baş məşqçisi Marko Roze ilə yolları ayırıb.

Klubun saytına istinadən, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, M.Roze 2021-ci ildən Dortmund təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqanı 2-ci pillədə başa vurub.