"PSJ"nin futbolçusu Anhel di Mariya klubdan ayrılıb.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi illə yolların ayrıldığı bildirilib.
Qeyd edək ki, Di Mariya 2015-ci ildən "PSJ"də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub və 111 qolun ötürməsini verib. Futbolçunun azad agent kimi "Yuventus"a keçəcəyi gözlənilir.