"Yuventus" Poqba və Jorjinyo üçün hərəkətə keçdi
Transfer

"Yuventus" Poqba və Jorjinyo üçün hərəkətə keçdi

  • 2022-05-20

"Yuventus" yayda "Çelsi"dən Jorjinyo və "Mançester Yunayted"dən Pol Poqbanı transfer edəcək.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İtaliya klubunun direktoru Federiko Çerubini Londonda həm "Mançester Yunayted"in yarımmüdafiəçisi, həm də "Çelsi"nin yarımmüdafiəçisi üçün danışıqlar aparır.

"Yuventus" artıq "Mançester Yunayted"dən yayda azad agent kimi ayrılacaq Poqba ilə danışıqlar apardıqlarını bildirib. Poqba Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri ilə də əlaqə saxlayıb.

"Yuventus" artıq Jorjinyo ilə razılığa gəlib. Lakin klub hələ də "Çelsi" ilə danışıqlar aparmayıb. Jorjinyonun "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. London təmsilçisi oyunçunun transferi üçün 40 milyon avro tələb edir.