Mourinyo Dibalanı razı salmağa çalışır
Transfer

Mourinyo Dibalanı razı salmağa çalışır

  • 2022-05-19

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Yuventus"un futbolçusu Paulo Dibalanı komandasında görmək istəyir. 

Bu barədə "Football İtalia" məlumat yayıb. Argentinalı hücumçu bu mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq. Mourinyo isə futbolçunu paytaxt klubuna qoşulmağa razı salmaq istəyir. Qeyd olunur ki, Mourinyo təkcə hücumçunu razı salmağa çalışmayacaq. Portuqaliyalı mütəxəssis həm də transfer üçün "Roma" rəhbərliyinə təzyiq göstərəcək. Lakin 28 yaşlı forvard "İnter"ə keçmək niyyətindədir.