"Benfika"nın yeni baş məşqçisi - Rəsmi
Transfer

"Benfika"nın yeni baş məşqçisi - Rəsmi

  • 2022-05-19

"Benfika"nın yeni baş məşqçisi müəyyənləşib.

Klubun saytına istinadən, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Şmidtin son iş yeri 2021/22 mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı "PSV"  olub.

Xatırladaq ki, "Benfika" Portuqaliya Liqasında çempion "Portu"dan 17 xal geri qalaraq 3-cü yeri tutub.