"Hoffenhaym" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi
Transfer

"Hoffenhaym" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi

  • 2022-05-18

Almaniyanın "Hoffenhaym" klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən, komandanın uğursuz çıxışlarına görə 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

"Hoffenhaym" Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub. Komanda son 9 oyunun heç birində qalib gələ bilməyib.