Mourinyo yenidən İngiltərədə?
Transfer

Mourinyo yenidən İngiltərədə?

  • 2022-05-18

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Nyukasl"ı çalışdıra bilər.

"Marca"ya istinadən, Premyer Liqa klubunun ərəb sahibləri portuqaliyalı mütəxəssisi razı salmağa çalışır.

Xəbərdə bildirilib ki, klub Mourinyo ilə razılığa gələ bilsə, komandanın hazırkı baş məşqçisi Eddi Hau istefaya göndəriləcək.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nın baş məşqçisidir. O. daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.