Beyl "Real"dan ayrılır
Transfer

Beyl "Real"dan ayrılır

  • 2022-05-17

"Real"ın futbolçusu Qaret Beyl bu mövsümün sonu Madrid klubundan ayrılacaq.

"Record"a istinadən, bu barədə uelsli oyunçunun agenti Conatan Barnett məlumat verib. O, 32 yaşlı yarımmüdafiəçinin Uels millisindəki karyerası ilə bağlı qərarının isə  dünya çempionatın vəsiqə qazanılıb-qazanılmamasından asılı olacağını söyləyib.

Qeyd edək ki, Beyl bu mövsüm La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.