Dibala üçün hərəkətə keçdilər
Transfer

Dibala üçün hərəkətə keçdilər

  • 2022-05-16

"Arsenal" "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etmək üçün hərəkətə keçib. 

Bu barədə ESPN məlumat yayıb. London təmsilçisinin rəsmiləri artıq 28 yaşlı hücumçunun menecerləri ilə danışıqlara başlayıb. 

Bundan əlavə, "Arsenal" "Mançester Siti"nin hücumçusu Qabriel Jezusun transferi üzərində işləyir .

Qeyd edək ki, Dibalanın mövsümün sonunda "Yuventus"u tərk edəcəyi gözlənilir.