"Borussiya"dan ayrıldı
Transfer

"Borussiya"dan ayrıldı

  • 2022-05-15

Dortmund "Borussiya"sının futbolçusu Aksel Vitsel komandadan ayrılıb.

Belçikalı yarımmüdafiəçi sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb.

"Ayrıldığım üçün kədərlənirəm, amma fəxrlə demək istəyirəm ki, son dörd il ərzində bu klubu təmsil etmişəm. Mən burada çoxlu gözəl dostlar qazandım, bəzi yüksək səviyyəli futbolçularla oynadım, əla heyətlə işlədim. Möhtəşəm azarkeşlərimizin dəstəyini almaqdan şərəf duyuram. Çox sağ olun!"

Qeyd edək ki, Aksel Vİtsel 2018-ci ildən Almaniya klubunda çıxış edirdi. O, bu komandada 144 oyuna 13 qol vurub, 6 qol ötürməsi edib.