"Bavariya" Levandovskinin qərarını açıqladı
Transfer

"Bavariya" Levandovskinin qərarını açıqladı

  • 2022-05-14

"Bavariya"nın futbolçusu Robert Levandovski klubdana ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Bu barədə "Bavariya"nın idman direktoru Hasan Salihamidzic "Sky" telekanalına açıqlamasında deyib: "Levandovski ilə görüşdük. Görüş zamanı müqavilənin uzadılması təklifini qəbul etmədiyini, klubdan ayrılmaq istədiyini söylədi. Onun bu mövsümün sonunda başqa kluba getməsi məsələsi ilə maraqlanmırıq".

Qeyd edək ki, 33 yaşlı polşalı oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2022/2023 mövsümünün sonu başa çatır.