PSJ bu transferi tamamladı
Transfer

PSJ bu transferi tamamladı

  • 2021-06-27

PSJ "İnter"in müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlayıb.

"LEquipe"ə əsasən, Paris təmsilçisi bu keçid üçün 60+10 milyon avro təzminat ödəyəcək. Mərakeşli futbolçunun illik maaşı isə 8 milyon avro olacaq.

Hakimi ilə 2026-ci ilin iyunun 30-dək müqavilə imzalandığı bildirilib. Transferin bugünlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avroya keçmişdi.