"Ayaks" yeni baş məşqçisini açıqladı - Rəsmi
Transfer

"Ayaks" yeni baş məşqçisini açıqladı - Rəsmi

  • 2022-05-13

"Ayaks" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Klubun saytına istinadən, Amsterdam təmsilçisini hazırda "Brügge"nin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.

49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracaq Erik ten Haqı əvəzləyib.

Xatırladaq ki, "Ayaks" ötən gecə çempionluğunu rəsmiləşdirib.