"Barselona" Koutinyonu satdı - Rəsmi
Transfer

"Barselona" Koutinyonu satdı - Rəsmi

  • 2022-05-13

"Barselona" Filippe Koutinyonu "Aston Villa"ya birdəfəlik satıb.

Məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.

Premyer Liqa klubu bu keçidə görə "Barselona"ya 20 milyon avro ödəyəcək. 

Qeyd edək ki, "Barselona" Koutinyonu qış transfer pəncərəsi zamanı "Aston Villa"ya icarəyə vermişdi. Braziliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin heyətində 16 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.