Kyellini "Yuventus"dan gedir
Transfer

Kyellini "Yuventus"dan gedir

  • 2022-05-12

Corco Kyellini "Yuventus"u tərk edir.

İtaliya mətbuatına istinadən, bu haqda 37 yaşlı futbolçu özü bildirib. O deyib ki, qərarı könüllü şəkildə özü verib.

Təcrübəli müdafiəçi gələn həftə son dəfə "Yuventus"un ev oyununa çıxacağını və azarkeşlərlə vidalaşacağını bildirib.

Qeyd edək ki, Kyellini 2005-ci ildən "Yuventus"da oynayır.