Rüdiger "Real"la müqavilə bağladı
Transfer

Rüdiger "Real"la müqavilə bağladı

  • 2022-05-11

"Çelsi"nin futbolçusu Antonio Rüdiger "Real"a keçib.

"The Atletic"ə istinadən, almaniyalı müdafiəçi Madrid klubu ilə dünən 5 illik müqavilə imzalayıb. O. yeni mövsümün əvvəlində yeni komandasına qoşulacaq.

Almaniya millisinin üzvünün "Real"da illik maaşının 10 milyon avrol olacağı bildirilib. 

"Real" futbolçunun transferini mayın 28-də Çempionlar Liqasının finalından sonra elan edəcək. 

Qeyd edək ki, Rüdiger bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.