"Borussiya"dan yeni transfer - Rəsmi
Transfer

"Borussiya"dan yeni transfer - Rəsmi

  • 2022-05-11

Erlinq Haalandı "Mançester Siti"yə satan "Borussiya" (Dortmund) heyətinə yeni hücumçu cəlb edib.

Klubun rəsmi saytına istinadən, Bundesliqa təmsilçisi Avstriya "Zaltsburq"undan Kərim Adeyemi ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 20 yaşlı forvard "Zaltsburq"da keçirdiyi 41 oyunda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Almaniya millisinə də çağırılır.