Haaland "Mançester Siti"də - Rəsmi
Transfer

Haaland "Mançester Siti"də - Rəsmi

  • 2022-05-11

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə transferi rəsmiləşib.

Bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

22 yaşlı norveçli hücumçunun bu il iyulun 1-dən yeni komandasına qoşulacağı bildirilib. Transferin digər detalları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Erlinq Haaland 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edirdi. Onun Dortmund klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var idi. Forvard bu mövsüm Bundesliqada 22 oyuna 21 qol vurub, 8 qol ötürməsi edib.