Poqba "Siti"dən imtina etdi
Transfer

Poqba "Siti"dən imtina etdi

  • 2022-05-10

"Mançester Yunayted"in futbolçusu Pol Poqba yay transfer pəncərəsində "Mançester Siti"yə azad agent kimi keçməkdən imtina edib.

Bu barədə "The Athletic" məlumat yayıb. "Mançester Siti" müqaviləsi mövsümün sonunda başa çatacaq 29 yaşlı fransız futbolçu ilə danışıqlar aparıb. Lakin Poqba müqavilədən imtina edib.

Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin fransalı ilə müqavilə bağlayacağı bildirilirdi. Eyni zamanda, Poqbanın özünün də "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə işləməkdə maraqlı olduğu barədə məlumat yayılıb.

Xatırladaq ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, bu mövsüm liqada 20 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.