Haalandın keçidi bu həftə təsdiqlənəcək
Transfer

Haalandın keçidi bu həftə təsdiqlənəcək

  • 2022-05-10

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə keçidi yaxın günlərdə açıqlanacaq. 

Bu barədə "The Athletic" məlumat yayıb. Tərəflər artıq 21 yaşlı hücumçunun transferi üçün razılaşıblar. Keçid bu həftə rəsmən təsdiqlənəcək.

Qeyd edək ki, hücumçu bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 29 matçda 28 qol vurub və 7 qolun ötürməsini verib.