"Mançester Yunayted"dən ayrılacaqlar
Transfer

"Mançester Yunayted"dən ayrılacaqlar

  • 2022-05-07

Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq iki futbolçunun adı məlum olub.

"Daily Star"a istinadən, bunlar Erik Bayi və Fil Consdur.

Hər iki müdafiəçi komanda yoldaşlarına klubu tərk edəcəklərini bildiriblər.

Qeyd edək ki, Erik Bayinin "Mançester Yunayted"lə müqaviləsi 2024-cü ildə, Fil Consun sözləşməsi isə 2023-cü ilə qədərdir. Bayi bu mövsüm "qırmızı şeytanlar"da 7, Cons isə 8 oyun keçirib.