"Arsenal" Arteta ilə müqaviləni uzatdı
Transfer

"Arsenal" Arteta ilə müqaviləni uzatdı

  • 2022-05-07

"Arsenal" baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb.

Bu haqda klubun saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2024/25-ci il mövsümünün sonuna kimi müqavilə bağlanılıb.

Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından "topçular"a başçılıq edir. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda bir dəfə ölkə kuboku və İngiltərə superkubokunun qalibi olub.