"Barselona" seçimini etdi
Transfer

"Barselona" seçimini etdi

  • 2022-05-06

"Barselona" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirəcək.

"AS"a istinadən, Kataloniya təmsilçisi artıq bu mövqe üçün seçimini də edib. Klubun baş məşqçisi Xavi Ernandes "Napoli"nin futbolçusu Kalidou Koulibalini transferində israrlıdır.

"Barselona" artıq futbolçunun meneceri ilə əlaqə saxlayıb. Klub onlardan İtaliya təmsilçisi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara tələsməməyi xahiş edib.

"Napoli" isə Koulibali üçün ən az 40 milyon avro istəyir.