Müllerlə yeni müqavilə  - Rəsmi
Transfer

Müllerlə yeni müqavilə - Rəsmi

  • 2022-05-04

"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Klubun saytına istinadən, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, alman futbolçu 2007-ci ilin iyunundan "Bavariya"nın əsas komandasında çıxış edir və Münhen təmsilçisində 624 oyuna çıxıb. O, bu mövsüm Bundesliqada 30 oyunda 7 qol vurub və 17 qolun ötürməsini verib.