"Barselona"dan Levandovski açıqlaması
Transfer

"Barselona"dan Levandovski açıqlaması

  • 2022-05-03

"Barselona"nın futbol departamentinin rəhbəri Mateu Alemani kluba keçəcəyi deyilən Robert Levandovski haqda danışıb.

O, İspaniya mətbuatına açıqlamasında bildirib:

"Görüşlər haqda danışmıram. Ümumiyyətlə mən danışıqlar prosesini müzakirə etməyi xoşlamıram. Yalnız onu deyə bilərəm ki, Levandovskinin meneceri ilə görüş baş tutmayıb".

Qeyd edək ki, Alemaninin Levadovskinin meneceri ilə görüşərək danışıq apardığı bildirilirdi.