Ralf Ranqnik millinin baş məşqçisi təyin olundu
- 2022-04-30
"Mançester Yunayted"in çalışdırıcısı Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin edilib.
Avstriya Futbol Federasiyasının saytına istinadən, 63 yaşlı mütəxəssis bu mövsümün sonuna qədər İngiltərə təmsilçisini çalışdırmağa davam edəcək və mayın sonunda millini Millətlər Liqası oyunlarına hazırlamaq üçün vəzifəsinə başlayacaq.
Ranqniklə imzalanan müqavilə iki illikdir. Ancaq komanda Avstriya Avro-2024-ə yüksələrsə, müqavilə avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq.
Xatırladaq ki, "Mançester Yunayted"i yeni mövsümdən "Ayaks"ın baş məşqçisi Erik Ten Haq çalışdıracaq.