Gürcüstan millisinin futbolçusu "Napoli"də
Transfer

Gürcüstan millisinin futbolçusu "Napoli"də

  • 2022-04-28

Gürcüstan millisinin və "Dinamo"nun (Batumi) futbolçusu Xviça Kvaratsxeliyanın "Napoli"yə keçəcəyi dəqiqləşib.

"Radio Kiss Kiss Napoli"yə istinadən, bunu "Napoli"nin prezidenti Aurelio De Laurentis də təsdiqləyib.

O, 21 yaşlı yarımmüdafiəçini mövsümün sonunda transfer edəcəklərini açıqlayıb.

İtaliya mətbuatı yazıb ki, Xviça ilə 5 illik müqavilə imzalanacaq. O da qeyd olunub ki, "Napoli" bu transfer üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.