A seriyası klubu baş məşqçisini istefaya göndərdi
- 2022-04-28
İtaliya A seriyası təmsilçisi "Venesiya"nın baş məşqçisi Paolo Zanetti istefaya göndərilib.
Klubun saytına istinadən, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. "Venesiya"nı A seriyasının qalan 5 oyununa gənclərdən ibarət komandasının baş məşqçisi Anrea Sonçinin çıxaracağı bildirilib.
Qeyd edək ki, Zanetti 2020-ci ildən "Venesiya"nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda A Seriyasına yüksəlmişdi.
Əlavə edək ki, 33 oyundan sonra "Venesiya" 22 xalla turnir cədvəlinin sonuncu-20-ci pilləsində qərarlaşıb.