Suaresin yeni klubu
Transfer

Suaresin yeni klubu

  • 2022-04-27

"Atletiko"nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.

"Diariouf"a istinadən, uruqvaylı futbolçu "İnter Mayami" ilə razlığa gəlib.

Suaresin "Atletiko" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Buna görə də 35 yaşlı hücumçu MLS klubuna azad agent kimi keçəcək. Devid Bekhemin klubu ilə uruqvaylı forvard arasında 2 illik sözləşmə imzalanacağı bildirilib.

Qeyd edək ki, Luis Suares bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol vurub, 2 qol ötürməsi edib.