"Çelsi"dən "Real"a
Transfer

"Çelsi"dən "Real"a

  • 2022-04-26

"Çelsi"nin futbolçusu Antonio Rüdiger mövsümün sonunda komandadan ayrılacaq.

Britaniya mətbuatına istinadən, almaniyalı müdafiəçi London təmsilçisini ilə başa çatacaq müqaviləsini yeniləməyəcək.

Onun "Real"la 4 illik müqavilə ilə bağlı razılıq əldə etdiyi bildirilib. Rəsmi açıqlamanın isə mövsümün sonunda olacağı qeyd olunub.

Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan keçib.