"PSJ" Poçettino ilə yollarını ayırmağa hazırlaşır
Transfer

"PSJ" Poçettino ilə yollarını ayırmağa hazırlaşır

  • 2022-04-26

"PSJ" baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırmağa hazırlaşır.

Bu barədə "The Times" məlumat yayıb. Fransa klubu artıq 50 yaşlı mütəxəssisin istefaya göndərilməsi prosesini yekunlaşdırır. Bu ayrılığın əsas səbəbi isə "PSJ"nin Çempionlar Liqasındakı uğursuz çıxışıdır. Paris təmsilçisi Poçettino və onun məşqçilər korpusuna 12,5 milyon sterlinq təzminat ödəyəcək.

"PSJ"ni çalışdırmaq əsas namizəd isə Zinəddin Zidandır. Çünki klub Çempionlar Liqasında uğur qazana biləcək mütəxəssis axtarır və Zidanın bu şərtə uyğun olduğunu düşünür. Lakin Zidan DÇ-2022-dən sonra Fransa millisinin baş məşqçisi Didye Deşamı əvəzləmək istəyir.

Həmçinin hazırda "Tottenhem"i çalışdıran Antonio Konte də Paris klubunda işləməkdə maraqlıdır. Məşqçinin London təmsilçisi ilə müqaviləsi bir ildən sonra başa çatacaq. Əgər italyalı məşqçi "Tottenhem"dən ayrılsa, bu halda Poçettinonun İngiltərə klubuna qayıtması ehtimalı yüksək olacaq.

Qeyd edək ki, Poçettino 2021-ci ilin yanvar ayından "PSJ"nin baş məşqçisidir. Komanda ötən mövsüm Fransa Kuboku və Superkubokunu qazanıb. "PSJ" artıq bu mövsüm Liqa 1-də çempionluğu təmin edib.