"Poqba müqaviləni yeniləməyəcək"
Transfer

"Poqba müqaviləni yeniləməyəcək"

  • 2022-04-23

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi Ralf Ranqnik komandanın futbolçusu Pol Poqbanın klubla müqaviləsini yeniləmək niyyətində olmadığı barədə yayılan məlumatları təsdiqləyib.

63 yaşlı mütəxəssis deyib:

"Poqba "Mançester Yunayted"lə müqaviləsini yeniləməyəcək. Çox güman ki, o, gələn mövsüm burada olmayacaq".

Xatırladaq ki, Poqba 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə keçmişdi. Bu mövsüm 29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 20 matçda 1 qol vurub və 9 qolun ötürməsini verib. Onun "qırmızı şeytanlar"la müqaviləsi bu il iyunun 30-da başa çatır.