"Ayaks"ın yeni baş məşqçisi
Transfer

"Ayaks"ın yeni baş məşqçisi

  • 2022-04-23

Mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçisi təyin olunacaq "Ayaks"ın çalışdırıcısı Erik ten Haqın əvəzləyicisi müəyyənləşib.

"Sky Germany"yə istinadən, Amsterdam təmsilçisini hazırda Belçika "Brügge"sinin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.

49 yaşlı niderlandlı mütəxəssis bu vəzifəyə ən real namizəd hesab olunur.

Qeyd edək ki, Alfred Şreder bu ilin yanvarından Belçika komandasına rəhbərlik edir. O, "Tvente" və "Hoffenhaym"ı da çalışdırıb. Həmçinin Şreder "Ayaks" və "Barselona"da köməkçi məşqçi kimi də işləyib.