"Liverpul"dan yeni transfer - Rəsmi
Transfer

"Liverpul"dan yeni transfer - Rəsmi

  • 2022-04-22

"Liverpul" heyətinə yeni futbolçu cəlb edib.

Klubun rəsmi saytına istinadən, Mersisayd təmsilçisi Şotlandiya "Seltik"indən 16 yaşlı yarımmüdafiəçi Ben Doakla anlaşıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb. "Qırmızılar" bu keçid üçün qarşı tərəfə 600 min funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Ben Doak "Seltik"in əsas komandasında 2 matçda meydana çıxıb.