"Mançester Yunayted"in yeni baş məşqçisi - Rəsmi
Transfer

"Mançester Yunayted"in yeni baş məşqçisi - Rəsmi

  • 2022-04-21

"Mançester Yunayted" yeni baş məşqçisinin adını açıqlayıb.

Klubun saytına istinadən, bu vəzifəyə "Ayaks"ın çalışdırıcısı Erik Ten Haq təyin olunub. Niderlandlı mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. Daha 1 il uzadılmaq imkanı olan müqavilə 2021/2022 mövsümündən qüvvəyə minəcək.

Qeyd edək ki, "qırmızı şeytanlar"ı hazırda Ralf Ranqnik çalışdırır. Komanda onun rəhbərliyi altında 54 xalla 6-cı pillədə qərarlaşıb.