"Tottenhem"də yeni müqavilə
- 2022-04-21
"Tottenhem" yarımmüdafiəçisi Oliver Skipplə yeni müqavilə imzalayıb.
Klubun saytına istinadən, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Skipp bu mövsüm London təmsilçisiinin heyətində 28 matçda iştirak edib.