Qvardioladan Haaland açıqlaması
Transfer

Qvardioladan Haaland açıqlaması

  • 2022-04-20

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haalandı transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mütəxəssis bu haqda düşünmədiyini və məlumatı olmadığını deyib:

"Haalandın transfer şayiələri ilə bağlı sualınıza cavabım yoxdur. Mənim beynimdə başqa bir narahatlıq var. Yalnız gələn mövsüm bu klubda nə baş verəcəyini düşünürəm. Biz onsuz da hücumçusuz oynayırıq. Uzun illərdir ki, transfer pəncərələri haqqında düşünmürəm. Qarşıda vacib matçlarımız olduqda transferlər barədə fikirləşmirik". 

Qeyd edək ki, daha əvvəl Haalandın "Mançester Siti" ilə həftəlik 600 min avro maaş olmaqla 5 illik müqavilə imzalamaq üçün razılaşdığı bildirilmişdi.