"PSJ" Messidən başqa bütün argentinalılarla yolları ayırır
Transfer

"PSJ" Messidən başqa bütün argentinalılarla yolları ayırır

  • 2022-04-19

"PSJ" yay transfer pəncərəsində hücumçu Lionel Messi istisna olmaqla, bütün argentinalı futbolçularla yollarını ayırmağı planlaşdırır.

Bu barədə "L'Equipe" nəşri  məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi Anxel Di Mariyanın bu mövsümün sonu başa çatacaq müqaviləsini yeniləməyəcək. Leandro Paredes və Mauro İkardi isə İtaliya A seriyası klublarının maraq dairəsindədir.

Qeyd edək ki,  Di Mariya 2015-ci ilin yayından, Paredes 2019-cu ilin qışından, İkardi 2019-cu ilin yayından "PSJ"də oynayır.