"Bavariya" Müllerlə razılaşdı
Transfer

"Bavariya" Müllerlə razılaşdı

  • 2022-04-19

"Bavariya" futbolçusu Tomas Müller ilə yeni müqavilə imzalamq üçün razılığa gəlib.

Bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, Münhen təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilədək olan yeni müqavilə imzalayacaq. Alman oyunçunun hazırkı sözləşməsi 2023-cü ilə qədərdir.

Qeyd edək ki, Müller "Bavariya"nın yetirməsidir. O, bu mövsüm 29 matçda 7 qol vurub və 19 qolun ötürməsini verib.