"Atletiko"dan yeni transfer
Transfer

"Atletiko"dan yeni transfer

  • 2022-04-17

"Atletiko" "Marsel"in futbolçusu Bubakar Kamaranı heyətinə qatmağa yaxındır.

"Marca"ya istinadən, Madrid təmsilçisi fransalı yarımmüdafiəçi ilə razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Kamara "Atletiko"ya azad agent kimi keçəcək. Çünki onun "Marsel"lə müqaviləsi bu mövsümün sonu başa çatır.