"Fənərbaxça" onu birdəfəlik transfer etdi - Rəsmi
Transfer

"Fənərbaxça" onu birdəfəlik transfer etdi - Rəsmi

  • 2022-04-16

"Fənərbaxça" 2021/22 mövsümünün əvvəlində "Los-Anceles Qelaksi"dən icarəyə götürdüyü Dieqo Rossini birdəfəlik transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. "Fənərbaxça" bu keçid üçün ABŞ təmsilçisinə 5,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Dieqo Rossi bu mövsüm "Fənərbaxça"da 25 oyunda 4 qol vurub.