"Mançester Siti"dən ayrılacağını açıqladı
Transfer

"Mançester Siti"dən ayrılacağını açıqladı

  • 2022-04-13

"Mançester Siti"nin futbolçusu Fernandinyo bu mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacaq.

Bu barədə braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib: "Gələn mövsüm "Mançester Siti"də olmayacağam. Mən oynamaq və müntəzəm oyun praktikası qazanmaq istəyirəm. Braziliyaya qayıdacağam. Bu qərarı ailəmlə birlikdə verdim".

Qeyd edək ki, Fernandinyo 2013-cü ildən "Mançester Siti"də oynayır.