"Bavariya"nın yeni transfer hədəfi
Transfer

"Bavariya"nın yeni transfer hədəfi

  • 2022-04-08

"Bavariya" heyətinə yeni yarımmüdafiəçi cəlb edir.

"Bild"ə istinadən, Münhen təmsilçisi "Ayaks"ın futbolçusu Rayan Qravanberxlə razılığa gəlib. Niderland təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 35 milyon avro tələb edir. Qravenberx 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmayacağına qərar verib. 

Qeyd edək ki, Rayan bu mövsüm "Ayaks"da 38 oyuna 2 qol vurub, 6 qol ötürməsi edib.