"Mançester Yunayted" Ten Haqla razılaşdı
Transfer

"Mançester Yunayted" Ten Haqla razılaşdı

  • 2022-04-07

"Mançester Yunayted"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Bu barədə "ESPN" məlumat yayıb. Klub "Ayaks"ın çalışdırıcısı Erik ten Haqla razılaşıb. Mütəxəssis mövsümün sonunda Niderland təmsilçisindən ayrılıb "qırmızı şeytanlar"a baş məşqçilik edəcək. Ten Haq bu vəzifədə Ralf Ranqniki əvəzləyəcək.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 7-cidir.