Lui van Qalın əvəzləyicisi
Transfer

Lui van Qalın əvəzləyicisi

  • 2022-04-06

 Niderland millisinin Lui van Qaldan sonrakı baş məşqçisi müəyyənləşib.

Bu ölkənin mətbuatına istinadən, van Qalı Ronald Kuman əvəzləyəcək. Niderland Futbol Assosiasiyasının onunla razılığa gəldiyi bildirilib.

Lui van Qalın 2022-ci ilin sonuna qədər olan sözləşməsini uzatmayacaq. Xərçəng xəstəsi olan mütəxəssis millidə qalmaq fikrində deyil.

Qeyd edək ki, Ronald Kuman 2018-2020-ci illərdə də Niderland millisini çalışdırıb.