2026-cı ilə qədər "Yunayted"də
Transfer

2026-cı ilə qədər "Yunayted"də

  • 2022-04-02

"Mançester Yunayted" futbolçusu Bruno Fernandeşlə müqaviləni yeniləyib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2026-cı ilin yayınadək sözləşmə imzalayıblar. 

Portuqaliyalı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2025-ci ilədək nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, Bruno 2020-ci ildən "qırmızı şeytanlar"da oynayır.