"PSV"də yeni baş məşqçi - Rəsmi
Transfer

"PSV"də yeni baş məşqçi - Rəsmi

  • 2022-03-31

"PSV" Niderland millisinin sabiq hücumçusu Ruud van Nistelroyla müqavilə imzalayıb.

Bu barədə klubun saytı məlumat yayıb. Müqaviləyə əsasən, 45 yaşlı mütəxəssis 2022/23 mövsümündən əsas komandanın baş məşqçisi olacaq. Sənəd 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Nistelroy "PSV"nin ikinci komandasının baş məşqçisi işləyir.

Əlavə edək ki, "PSV"nin əsas komandası hazırda Niderland yüksək liqasında 2-ci yeri tutur.