"Messi gündəmimizdə deyil"
- 2022-03-29
"Barselona"nın prezidenti Joan Laporta "PSJ"nin hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı danışıb.
"RAC1"ə istinadən, o deyib:
"Lionel dünyanın ən yaxşı futbolçusudur. Amma mən Messi və ya onun agentlərindən "Barselona"ya qayıtmağın mümkünlüyü ilə bağlı heç bir məlumat almamışam. Bu məsələ gündəmimizdə deyil. İstərdim ki, yeni "Kamp Nou"nun açılışı zamanı Leo bizimlə olsun. "Kamp Nou" həmişə onun evi olacaq. Messinin bizimlə olmasını istərdim. Amma lazım olanı etdik, özümüzü maliyyə cəhətdən pis vəziyyətdə qoya bilməzdik".
Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona" ilə yeni müqavilə imzalaya bilmədiyi üçün azad agent kimi "PSJ"yə keçib. 34 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 7 qol vurub və 11 qolun ötürməsini verib.